Polşa polisi Belarus sərhədi yaxınlığında Nigeriyadan olan bir qaçqının cəsədinin tapıldığını bildirib.
"Unikal" xəbər verir ki, polisin verdiyi bəyanatda Narevski rayonunun Olxovka yaxınlığındakı meşədə bel çantası və Nigeriya pasportu olan kişi meyitinin tapıldığı qeyd olunub.
Bildirək ki, noyabr ayında bir neçə min insan Belarusun Polşa ilə sərhədinə gələrək Avropa ölkələrinə keçməyə cəhd ediblər.Bundan sonra Varşava sərhəd təhlükəsizliyini gücləndirib və qaçqınlara qarşı səs qumbarası və su şırnaqlarından istifadə etməyə başlayıb.
Belarus prezidenti Aleksandr Lukaşenko bir müddət öncə hadisə yerinə şəxsən baş çəkib və qaçqınlara dəstək sözləri ilə müraciət edib. Daha sonra o qeyd edib ki, Minsk iki həftə ərzində miqrantlara kömək üçün 20 milyon dollardan çox pul xərcləyib. Respublika rəhbəri dəfələrlə məlumat verib ki, Polşa sərhədçiləri Belarus tərəfinə meyitləri qəsdən “atırlar”.
Ağarza Elçinoğlu