"AAAF-İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati qaydada protokol tərtib edilib.
"Unikal"ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 464-cü (məcburi auditdən yayınma) maddəsinə əsasən tərtib edilən protokolla bağlı qərar verilməsi üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. İşə hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılacaq.
Seymur Əli