Hindistan Müdafiə Nazirliyi Baş Qərargahının rəisi Bipin Ravat Rusiya istehsalı olan Mi-17V5 markalı helikopter qəzasında həlak olub. 

"Unikal" xəbər verir ki, bu barədə Hindistanın müdafiə naziri Raçnat Sinqh bildirib. 

Onun sözlərinə görə, Baş qərargah rəisinin həyat yoldaşı və daha 11 hərbçi helikopter qəzasında ölüb.

***14:32

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin ölkənin cənubundakı Tamil Nadu əyalətində qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə "Times of india" məlumat yayıb.

Qeyd edilib ki, göyərtəsində Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Bipin Ravatın da olduğu helikopter qəzasında 7 nəfərin cəsədi aşkarlanıb, xilasetmə əməliyyatları davam edir

Helikopterdə 14 nəfərdən ibarət hərbi heyət olub.

***13:02

Hindistanın Baş Qərargah rəisi general Bipin Ravatı daşıyan hərbi helikopterin qəzaya uğradığı açıqlanıb.

"Unikal" xəbər verir  ki, hadisə Tamil Nadu əyalətində baş verib.  

Hindistanın dövlət televiziyası Prasar Bharati yerli sakinlərin alov içində olan helikopteri söndürməyə çalışdığını və yaralıların olduğunu bildirib. Hələlik ölənlər barəsində  məlumat yoxdur. 

Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.