Malidə magistral yolda kustar üsulla düzəldilmiş bombanın partlaması nəticəsində BMT-nin sabitləşdirmə missiyasının 7 sülhməramlısı həlak olub, daha 3-ü ağır yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə missiyanın “Twitter” səhifəsində məlumat verilib.
Qeyd edilib ki, BMT sülhməramlılarının avtomobil karvanı Duenza-Sevara marşrutu ilə hərəkət edərkən Bandiaqara şəhəri yaxınlığındakı RN16 şosesində partlayıcı qurğu ilə işə salınıb.
Hadisənin təfərrüatları barədə məlumat verilməyib.