Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili səhhətinə görə dekabrın 9-da məhkəmə iclasında iştirak edə bilməyəcəyini deyib.
"Unikal" xəbər verir ki, bu barədə o, “Facebook”da yazıb.
Cümə axşamı Tbilisi şəhər məhkəməsində sabiq prezidentin sərhədi qanunsuz keçməsi ilə bağlı işə baxılacaq.
"Səhhətimlə əlaqədar sabahkı prosesdə iştirak etməyəcəm. Məni məhkəməyə getməyə vadar edən yeganə şey o insanların bir neçə aydır təzyiqlərə məruz qalması idi. Bu insanlar dərhal azadlığa buraxılmalıdırlar”, - Saakaşvili yazıb.
Xatırladaq ki, qeyd edilən iş üzrə ilk iclas noyabrın 16-da, Saakaşvilinin iştirakı olmadan keçirilib.