Böyük Britaniyada koronavirusun yeni "Omicron" ştamının yayılması ilə daha sərt məhdudiyyətlər tətbiq ediləcək.
"Unikal" BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Boris Conson məlumat yayıb.
Hökumət tətbiq etdiyi "B planı"na görə, gələn həftədən vətəndaşlar evdən iş formatına keçəcəklər.
Dekabrın 10-dan bir sıra ictimai yerlərdə, xüsusən də teatr və kinoteatrlarda maskaların taxılması məcburi olacaq. Bir həftədən sonra qapalı məkanlara gələnlər (məsələn, gecə klublarında) COVID-19 pasportlarını təqdim etməlidirlər.
Qeyd edək ki, Böyük Britaniyada son sutka ərzində "Omicron" ştamına 131 yoluxma halı qeydə alınıb, bununla da ölkədə yeni növ koronavirusa yoluxanların ümumi sayı 568-ə çatıb.