Cənubi Amerika ölkəsi Peruda hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 əsgər həyatını itirib.

"Unikal" xəbər verir  ki, Peru Hərbi Hava Qüvvələrindən (FAP) verilən açıqlamada, paytaxt Limanın Xorxe Çavez Beynəlxalq Hava Limanından Pukalpa şəhərinə getmək üçün havaya qalxan Mİ-171SH tipli helikopterin Huaroçiri əyalətində qəzaya uğradığı bildirilib.

Qəzaya uğrayan helikopterin 5 ekipaj üzvü hadisə yerində ölüb.

Qəzanın səbəbləri araşdırılır.

Gülayə  Mecid