Rusiya prezidenti Vladimir Putin Soçidə Yunanıstanın baş naziri Kiryakos Mitsotakis ilə görüşüb. Görüş zamanı Putin Ukrayna ilə bağlı açıqlamalar verib.
"Unikal" xəbər verir ki, Rusiya lideri Ukraynanın NATO-ya daxil olması ehtimalından narahat olduğunu bildirib:
“Ukrayna NATO-ya daxil olarsa, bizim üçün təhlükə yaradan silah daşınması başlayacaq”.
O, alyansın şərqə doğru genişlənərək Rusiyaya qarşı qarşıdurma siyasəti apardığını bildirib.
Gülayə Mecid