İraq Milli Təhlükəsizlik katibinin müşaviri Kasım Aracı ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqdakı missiyasını başa vuraraq geri çəkildiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb.
Müşavir koalisiya qüvvələrinin döyüş missiyasının başa çatdığını və hərbi hissələrin ölkədən çıxarıldığını elan edib.
Qeyd edək ki, beynəlxalq koalisiya qüvvələri 2003-cü ildə İraqa daxil olub. Bu qüvvə İraqın keçmiş Prezidenti Səddam Hüseyn hakimiyyətinin devrilməsinə nail olub. Terrorçu İŞİD-ə və başqa bu tip qurplaşmalara qarşı antiterror əməliyyatları keçirib.