Slovakiya 2022-ci ildə Pekində keçiriləcək Olimpiya Oyunlarının diplomatik boykotuna qoşulacaq.
"Unikal" xəbər verir ki, ölkə prezidenti Zuzana Çaputova bu məqsədlə Pekinə səfər etməyəcək.
Bu qərar Çində insan hüquqlarının pozulması ilə bağlı qəbul olunub.
Qeyd edək ki, ABŞ-ın elan etdiyi boykota daha əvvəl Böyük Britaniya və Avstraliya qatılıb.