Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze istefa verib.
"Unikal" xəbər verir ki, o, hakim “Gürcü Arzusu” partiyasının ofisində keçirdiyi brifinqdə bu barədə bildirib.
İstefasının səbəbinin açıqlamayan E. Tikaradze fəaliyyətini “Gürcü Arzusu” partiyasının siyasi şurasında davam etdirəcəyini qeyd edib.