Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Cozef Baydenlə apardığı telefon danışığının təfərrüatlarını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna lideri öz tviter hesabında paylaşıb.
Zelenski qeyd edib ki, söhbət zamanı Baydenin rusiyalı həmkarı Vladimir Putinlə apardığı danışıqlar, Ukraynadakı münaqişənin həlli və islahatlar müzakirə edilib.
Bundan əvvəl Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak Zelenski ilə Bayden arasında danışıqların başa çatdığını, təxminən saat yarım davam etdiyini bildirib.