Meksikanın Çiapas ştatında baş verən yol qəzasında azı 49 nəfər ölüb, 58 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Noticias MVS radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, onlarla miqrantı daşıyan qoşqulu yük avtomobili istinad divarına çırpılaraq aşıb, bəzi insanlar qoşqudan düşüb.

Xilasetmə xidmətləri qoşquda olan şəxslərin əksəriyyətinin Qvatemaladan olduğunu bildirib.