Bu gün Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+2” formatında regional platformanın ilk toplantısı keçiriləcək.
"Unikal" xəbər verir ki, iclasa beş ölkənin xarici işlər nazirlərinin müavinləri qatılacaq.
Toplantıda Azərbaycanı XİN başçısının müavini Xələf Xələfov, Türkiyəni xarici işlər nazirinin müavini Sədat Önal, Rusiyanı isə XİN başçısının müavini Andrey Rudenko təmsil edəcək.
Danışıqların "3+3” formatında keçirilməsi təklif olunurdu. Amma Gürcüstan Moskva toplantısında iştirakdan imtina edib.
Xatırladaq ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın daxil olduğu altı ölkədən ibarət əməkdaşlıq platformasının yaradılması ideyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb.