ABŞ-ın Arizona Dövlət Universitetinin ibadət otağında müsəlman tələbələrə məxsus dini kitablar, o cümlədən Qurani-Kərim yandırılaraq məhv edilib.
"Unikal" xəbər verir ki, ASU Müsəlman Tələbələr Dərnəyinin sosial mediada verdiyi açıqlamada universitetin müsəlman tələbələrin tez-tez istifadə etdiyi ibadət otağında dini kitabların cırılaraq yandırıldığı bildirib.
Artıq polis hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Ölkənin müsəlman haqlarını müdafiə edən ən böyük təşkilatlardan biri olan Amerika-İslam Münasibətləri Şurasının (CAIR) Arizona ofisi də Qurana və digər dini kitablara edilən hücumla bağlı xüsusi araşdırmalara başlayacağını ifadə edib.