Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın dövlət başçısı Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o, ABŞ-lı həmkarı Cozef Baydenlə danışığı zamanı deyib. 

Ukrayna prezidentinin aparat rəhbərinin müavini Andrey Sibiqa bu barədə qeyd edib: "Tərəfdaşlarımızın dəstəyi ilə belə bir danışığın baş tutacağına ümid edirik".