Brüssel-Paytaxt Regionu dayanıqlı nəqliyyatı dəstəkləmək və şəhərin hava keyfiyyətini yaxşılaşdırmaq üçün yeni təşəbbüs hazırlayıb.
"Unikal" xəbər verir ki, Brüsseldə yaşayanlar şəxsi avtomobillərindən imtina etsələr, 900 avroya qədər mükafat alacaqlar.
Belə ki, həmin insanlara 500 avro da bonus veriləcək.
Sözügedən mükafat , şəhərdə ictimai nəqliyyat üzvlük, qatar biletləri və taksi kimi alternativ nəqliyyat variantları üçün istifadə edilə bilər.