BMT-nin baş katibi Antoniu Quterreş Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (YUNISEF) yeni icraçı direktoru vəzifəsinə amerikalı Ketrin Rasseli təyin edib.
"Unikal" BMT-nin saytına istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın sözçüsü Stefan Dujarrik keçirdiyi brifinqdə məlumat verib.
Qeyd edək ki, Rassel hazırda ABŞ Prezidentinin köməkçisi vəzifəsində çalışır və Ağ Evin Kadrlar Şöbəsinə rəhbərlik edir. O, 2013-2017-ci illərdə ABŞ Dövlət Departamentinin Qadın problemləri ilə bağlı xüsusi tapşırıqlar üzrə səfiri olub.