"Formula 2" üzrə dünya çempionatının qalibi bəlli olub.
"Unikal" xəbər verir ki, "Prema Racing" komandasının pilotu Oskar Piastri çempion olub.
Avstraliyalı sürücü Əbu-Dabi Qran-prisinin ilk yarışını üçüncü sırada bitirib və 2021 mövsümü üçün fərdi yarışda vaxtından əvvəl birinci yeri təmin edib.
Piastri xallarının sayını 227,5-ə çatdırıb və ən yaxın izləyicisi üçün əlçatmaz olub. Onun komanda yoldaşı Robert Şvartsman 170 xalla ikincidir. Rusiyalı idmançı digər iki yarışda Piastriyə çatmaq şansını itirib.
Qeyd edək ki, Oskar Piastri iyunun 6-da Azərbaycan Qran-prisində ikinci olub.