ABŞ-ın Kentuki, Arkanzas, İllinois, Missuri və Tennesse ştatlarında güclü qasırğa olub.
"Unikal" xəbər verir ki, təbii fəlakət nəticəsində Kentuki ştatında 50 nəfər ölüb.
Arkanzas ştatının Monnette şəhərində Qocalar Evinin bir hissəsi çöküb. Nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Dağıntılar altında 20 nəfərin qaldığı bildirilib.
Monette şəhərində fırtına və leysan yağışlarına görə yollarda uzun tıxaclar yaranıb.