Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

“Unikal" xəbər verir ki, “Keşlə” öz meydanında “Qaradağ Lökbatan”la qarşılaşıb.

Premyer Liqa təmsilçisi 2:1 hesabı ilə qalib gələrək adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, bundan əvvəl “Səbail” və “Qəbələ” 1/4 finala yüksəlib.