"Saakaşvilinin zəif olması, onun durub danışması çətinləşir. Bizdə də məlumat var ki, o, böyük dozada psixotrop maddə qəbul edib".
"Unikal" xəbər verir ki, bunu Gürcüstan Ombudsmanı yanında yaradılmış Tibbi Şuranın üzvü, həkim Qriqol Qriqoliya deyib. Onun sözlərinə görə, bu baxımdan eks-prezidenti xəstəxanada ziyarət etmək zərurəti yaranıb.
"Biz də bunu edəcəyik”, - Qriqoliya əlavə edib.
Qeyd olunub ki, Saakaşvilinin səhhətini psixiatr da yoxlayacaq.