Kamerun yığmasının və dünyanın bir çox tanınmış klublarının futbolçusu Samuel Eto Kamerun Futbol Federasiyasının prezidenti seçilib.
"Unikal" xəbər verir ki, S.Eto seçkilərin nəticələrinə görə hazırkı federasiya prezidenti Seydu Mbombuo Njoyu qabaqlayıb. O, növbəti dörd il ərzində bu vəzifəni icra edəcək.
Qeyd edək ki, Samuel Eto karyerasını 2019-cu ildə başa vurub. Karyerası ərzində “Real”, “Malyorka”, “Barselona”, “İnter”, “Anji”, “Çelsi”, “Everton”, “Sampdoriya”, “Antalyaspor”, “Konyaspor”, Qətər klublarında çıxış edib. Üç dəfə Çempionlar Liqasının qalibi, üç dəfə İspaniya çempionu və bir dəfə İtaliya A Seriyasının qalibi olub.