Futbol üzrə İngiltərə Premyer Liqasının 16-cı turunun oyunlarına start verilib.

"Unikal" xəbər verir ki, turnir cədvəlinin lideri “Mançester Siti” klubu öz meydanında “Volverhemton” komandasını qəbul edib. Görüş “şəhərli”lərin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. 

Çempionluğa iddialı “Liverpul” doğma azarkeşlər önündə “Aston Villa” komandasını qəbul edib. Bu oyunda da “Liverpul” 1:0 hesabı ilə qalib gəlib.

“Çelsi” klubu isə cari mövsüm zəif oyun nümayiş etdirən “Lids Yunayted” komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 5 qol vurulub. London təmsilçiləri 3:2 hesabı ilə qələbə qazanaraq vacib üç xal qazanıblar. Turun digər görüşlərində “Southemton” səfərdə “Arsenal” (3:0), “Uotford” isə “Bredford”a (2:1) məğlub olub.