Futbol üzrə Türkiyə çempionatının XVI turu çərçivəsində keçirilən qarşılaşmada “Trabzonspor" səfərdə "Antalyaspor”un qonağı olub.

"Unikal" xəbər verir ki, bu görüşdə Antalya təmsilçiləri qonaqları 2:1 hesabı ilə məğlub edib.

Günün digər matçında isə "Konyaspor" səfərdə "Fatih Karagümrük"ü 4:1 hesabı ilə udub. "Başakşəhər" doğma meydanda "Kasımpaşa" 2:1 hesabı ilə üstələyib. "Rizəspor" isə doğma divarlar arasında "Göztəpə"yə 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 39 xalla "Trabzonspor" başçılıq edir.