“Barselona”nın futbolçusu Serxio Aquero karyerasını başa vurur.
"Unikal" xəbər verir ki, argentinalı hücumçu bu barədə qərarını çərşənbə günü açıqlayacaq.
Bu, təşkil olunacaq xüsusi mərasimdə gerçəkləşəcək. Aqueronun belə addım atması ürəyindəki problemlərlə bağlıdır.
Forvard oktyabrın 30-da “Alaves”lə görüşü ürəkağrısı üzündən davam etdirə bilməyib. Həmin vaxtdan Aquero meydana çıxmayıb.
Öncədən onun üçaylıq bərpa prosesi keçəcəyi gözlənilirdi. Lakin təkrar müayinələr problemin daha ciddi olduğunu üzə çıxarıb.