Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemin atası Ted Bekhem evlənib.

"Unikal" xəbər verir ki, 73 yaşlı Ted 62 yaşlı milyonçu, vəkil Hilari Mereditlə ailə həyatı qurub.

Toy mərasimi Londonda ailənin yaxın çevrəsinin iştirakı ilə baş tutub. Mərasimdən sonra Hilari nikahdan olan görüntüləri paylaşaraq soyadına "Bekhem" əlavə edib.

Devid gecəyə həyat yoldaşı Viktoriya və üç övladı ilə birgə qatılıb.