Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçisi müəyyənləşib.
"Unikal" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı Brunu Pineyruya tapşırılacaq.
45 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanacaq. O, ildə 900 000 avro qazanacaq. "Beşiktaş" artıq sözləşmə üçün Pineyrunu İstanbula dəvət edib.
Qeyd edək ki, Brunu Pineyru son olaraq Portuqaliyanın "Eştoril" komandasında işləyib.