İspaniyanın "Real" (Madrid) futbolçuları xorvatiyalı Luka Modriç və braziliyalı Marselo koronavirusa yoluxub.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib.
Qeyd olunur ki, futbolçuların verdikləri test müsbət nəticələnib. Hər iki oyunçu karantinə alınıb, onların sağlamlıq vəziyyəti barədə məlumat verilməyib.
"Real"ın İspaniya çempionatı çərçivəsində növbəti matçlarının təxirə salınıb-salınmayacağı məlum deyil.
Klubun növbəti matçı dekabrın 19-da "Kadis"ə qarşı nəzərdə tutulub.