Futbol üzrə İngiltərə Premyer Liqasının XVII turunda keçirilməli olan "Börnli" - "Uotford" oyunu təxirə salınıb.
"Unikal" xəbər verir ki, buna son vaxtlar ölkədə koronavirusa yoluxma hallarının artması səbəb olub.
Qarşılaşmanın yeni tarixi barədə hələlik açıqlama verilməyib.
Klublar bilet alan azarkeşlərdən üzr istəyib.