Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakinləri Sərdar Şirinov və Elnur Mustafayev saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zaman kustar üsulla hazırlanmış narkotik vasitə heroin və marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.