Ermənistanın üçüncü böyük şəhəri olan Vanadzorun bir qrup sakini yerli seçkilərdə qalib gələn, lakin bir neçə gün sonra həbs olunan mer Mamikon Aslanyana dəstək ifadə etmək üçün mitinq keçirib.
"Unikal" xəbər verir ki, onların əllərində “Mamikon Aslanyana azadlıq” yazılmış böyük pankartlar olub.
"Xalq səslərini müdafiə etmək üçün ayağa qalxıb. Dekabrın 5-də keçirilən seçkilərdə "Mamikon Aslanyan" Bloku aşkar fərqlə qalib gəlib, lakin hakimiyyət bunu qəbul edə bilmir. Bizim bir tələbimiz var: Mamikon Aslanyanı dərhal azad edin", - deyə etirazçılardan biri bildirib.
Ağarza Elçinoğlu