Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, "Sabah" klubu səfərdə "Səbail"lə qarşılaşıb. "ASCO Arena"dakı görüş Murad Musayevin baş məşqçi olduğu komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 17-yə çatdıran "Sabah" ili 5-ci pillədə başa vurub. 10 xalı olan "Səbail" isə sonuncudur.

Tura bu gün oynanılacaq "Qarabağ" - "Zirə" matçı ilə yekun vurulacaq.