Londonda təkamül nəzəriyyəsinin təməlini qoymuş ingilis təbiətşünası Çarlz Darvinin 195 illik mikroskopu hərraca çıxarılacaq.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 1826-cı ildə hazırlanan cihaz "Sotheby's" hərrac evində nümayiş olunacaq. İlkin qiymətləndirmələrə görə, mikroskopun 250-350 min funt sterlinqə (təxminən 563-788 min manat) satılacağı gözlənilir.
Qeyd edək ki, Çarlz Darvin 1864-cü ildə cihazı oğlu Leonardoya verib. Daha sonra alət miras kimi nəsildən-nəsilə ötürülüb.