Futbol üzrə İngiltərə Premyer Liqasında XVIII turun 4 oyunu koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.
"Unikal" xəbər verir ki, "Sautgempton" - "Brentford", "Uotford" - "Kristal Pelas", "Vest Hem" - "Norviç" və "Everton" - "Lester" görüşləri planlaşdırılan vaxtda baş tutmayacaq.
Qarşılaşmalar 18-19 dekabrda keçirilməli idi.
Qeyd edək ki, daha əvvəl "Börnli" - "Uotford", "Tottenhem" - "Lester" və "Mançester Yunayted" - "Brayton" matçları eyni səbəbə görə təxirə düşüb.