İzmirin Bornova şəhərində toya gələn əcnəbi qonaqlar arasında dava baş verib.
"Unikal" xəbər verir ki, dava zamanı 3 nəfərə bıçaqla xəsarətlər yetirilib.
Hadisə ötən gün axşam saatlarında Yeşilova məhəlləsində olub. Mübahisənin böyüməsi ilə toy zalından çıxan şəxslər arasında dava düşüb. Daha sonra əraziyə çox sayda polis və Təcili Tibbi Yardım qrupları müdaxilə edib. Yaralılardan birinin vəziyyəti ağırdır.
Polis şübhəli şəxsin tutulması üzrə əməliyyatlara başlayıb.
Ağarza Elçinoğlu