Ermənistanda son sutka ərzində daha 193 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

"Unikal"  xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 343 350 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 11 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 885-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1 489 nəfərdir. Aktiv xəstələrin sayı 6 437 nəfər təşkil edir.