İranda ötən sutka ərzində 46 nəfər koronavirusdan (COVID-19) ölüb.
"Unikal"ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 130 992 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 2 196 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 167 650 nəfərə çatıb.