Abşeron rayonunun Novxanı kəndində yanğın olub.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.