“Sumqayıt” tarixinin antirekorduna imza atıb.
"Unikal" xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi qış fasiləsinədək cəmi 9 qol vurub.
2011/12 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı klubu indiyədək heç vaxt yarışın ilk yarısında belə dişsiz olmayıb. Əvvəlki illərdə ən zəif nəticə 2013/14 mövsümünə təsadüf edib. Həmin vaxt sumqayıtlılar fasiləyədək 11 qola sevinib.
Düzdür, Riad Rəfiyevin prezidenti olduğu klub əvvəlki illərdə qışadək daha çox matçın keçirildiyini bəhanə edə bilər. Amma 8 komandanın oynadığı son 6 mövsümün də ən aşağı göstərici cari çempionatdakıdır. Söhbət ümumilikdə klubun öz nəticələrindən gedir.
Ümumilikdə isə son 6 mövsümə baxsaq, yalnız bir dəfə daha az qol vuran komanda olub. 2016/17 mövsümündə AZAL cəmi 6 dəfə fərqlənib. “Sumqayıt” isə 8 komandalı çempionatların ən az qol vuran ikincisi adına şərikdir. Bu müddətdə daha üç dəfə qışadək 9 qol vuranlar olub.