Dieqo Qodin karyerasını yenidən İspaniyada davam etdirməyə yaxındır.
"Unikal" xəbər verir ki, İtaliya “Kalyari”sində çıxış edən uruqvaylı müdafiəçi “Valensiya”nın transfer siyahısına düşüb.
La Liqa klubu 35 yaşlı futbolçunu almaq niyyətindədir. Qodinin transfer qiyməti 2 milyon avrodur. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, Dieqo 2007-10-cu illərdə “Vilyarreal”, 2010-19-cu illərdə “Atletiko”nun formasını geyinib.