Münhen "Bavariya"sının ulduzu Robert Levandovski daha bir rekorda imza atıb.

"Unikal" "Opta"ya istinadən xəbər verir ki,  polşalı hücumçu ölkə çempionatının 17-cu turunda "Volfsburq"la ( 4:0 ) görüşdə qol vurmaqla Gerd Müllerin bir təqvim ilindəki 42 qolluq səddini keçib.

 Qeyd edək ki, Müller 1972-ci ildə 42 qolla bunu bacarmışdı.