Gəncə şəhərində ağır dərəcəli yanıq xəsarətləri alan şəxs dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, şəhər sakini, 1974-cü il təvəllüdlü A.Həsənov ağır yanıq xəsarətləri ilə yerləşdirildiyi xəstəxanada vəfat edib.
Onun hansı şəraitdə xəsarətlər alması hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.