Bərdədə yük maşını ilə minik maşını toqquşub.

"Unikal" xəbər verir ki, hadisə Bərdə-Ağcabədi rayon yolunun Lək kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Shacman və vaz 21015 markalı maşınların toquşşması nəticəsində 4 nəfər yaralanıb.

Yaralılar Bərdə şəhər mərkəzi xəsdəxanasına yerləşdirilib.

Qeyd edək ki, rayonlarda qatı dumanlı hava şəraiti müşahidə olunur.