Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1984-cü il təvəllüdlü Nəcəfov Vüsal Nəcəf oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol tərəfli çanaq və qasıq sümüklərinin yerdəyişən sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.