Niderlandda koronavirusun “omikron” variantının sürətlə yayılmasının qarşısını almaq üçün sərt karantin rejimi tətbiq edilib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Rutte bildirib.
Karantin rejimində peşəkar idman yarışları əvvəlki kimi azarkeşlərsiz davam edəcək. Bütün təhsil müəssisələri bağlanacaq.
Ölkə sakinlərinə evdən işləmək və gündə ikidən çox qonaq qəbul etməmək tövsiyə olunur. Yeganə istisnalar Milad və Yeni ildə olacaq, belə ki, bayram günlərində dörd nəfərə qədər qonaq qəbul edilə bilər.