Goranboyda qatı duman səbəbindən yük maşını qəza törədib.

"Unikal"-ın məlumatına görə, hadisə gecə saatlarında Bakı-Qazax avtomagistralının Goranboy rayonunun Goran qəsəbəsi istiqamətindən keçən hissəsində baş verib.

Qatı duman səbəbindən idarəetmədən çıxan "Ford" markalı yük maşını metal arakəsmələrə çırpılaraq onları yarasız hala salıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradlı