Türkiyə Superliqasında 17-ci turun oyunları davam edir.

"Unikal" xəbər verir ki, bu gün turun mərkəzi matçı keçiriləcək."Fənərbaxça" öz meydanında əzəli rəqiblərindən olan "Beşiktaş"ı qəbul edəcək. İstanbul derbisi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, "Fənərbaxça" 27 xalla 5-ci, uğursuz mövsüm keçirən "Beşiktaş" isə 24 xalla 9-cu pillədə qərarlaşıb. Turnir cədvəlinə 42 xalla "Trabzonspor" başçılıq edir.