Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını ilə "Mercedes" markalı avtomobil  toqquşub. Qəza zamanı xəsarət alan olmasa da avtomobilərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov