Türkiyə Super Liqasının XVII turunda "Başakşehir"lə oyunda zədələnən "Qalatasaray"ın futbolçusu Mbaye Dianın durumuna aydınlıq gəlib.
"Unikal" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçunun sol ayağındakı sümüyündə sınıq aşkarlanıb.
Seneqallı forvardın 3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Mbaye Dian 65-ci dəqiqədə əvəzlənib. Onun yerinə meydana Mustafa Məhəmməd daxil olub.